AZ

Yeni "Avatar" təxminən üç saatlıq film olacaq

Yeni

Hollivudda ən baxımlı ekran əsərlərinin rejissoru kimi tanınmış Ceyms Kemeron yeni lentə aldığı "Avatar 3: od və kül" filminin vaxt etibarı ilə neçə saat davam edəcəyini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, məşhur amerikalı rejissor "Variety" jurnalının əməkdaşına deyib ki, üçüncü bölüm kimi çəkilən "Avatar: od və kül" filmi təxminən üç saata qədər davam edəcək.

Kemeron bildirib ki, bu, əvvəl çəkilmiş "Avatar: su yolu"-ndan bir qədər qısadır (3 saat 12 dəqiqə).

Kinorejissor xatırladıb ki, ilk "Avatar" filmi 2 saat 42 dəqiqə idi.

Kemeron əlavə edib ki, hələlik montaj prosesi davam edir və ola bilsin, dəqiq müddət proses ərzində yenə dəyişə bilər. O, filmin qısaldılmasının mümkünsüz olduğunu deyib.

Kemeronun lentə aldığı "Avatar 3: od və kül" filmi 2025-ci ildə nümayişə çıxacaq.

Oqtay QORÇU
Seçilən
18
1
reyting.az

2Mənbələr