Teleqraf xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb
Bu posta 48 yaşlı Bleyz Metrivelli gətirilib. Metrivelli MI6 tarixində 18-ci və eyni zamanda ən gənc rəhbər olub. O, 1999-cu ildən kəşfiyyat orqanında çalışır, fəaliyyətinin böyük hissəsini Yaxın Şərqdə keçirib və ərəb dilini sərbəst bilir. Bununla yanaşı, Rusiya mövzusu üzrə də yüksək peşəkarlığa malikdir.
Məlumata görə, yeni rəhbər Yaxın Şərqdə Britaniyanın təsirinin bərpasına diqqət ayıracaq. O həmçinin sosial şəbəkələrdən istifadə etməklə MI6-nı daha açıq və şəffaf quruma çevirməyi hədəfləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31