AZ

Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

Kopenhagendə Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti E. Makaronla nümayəndə heyətlərinin iştirakı ilə görüş görüş keçirdi. İkinci Qarabağ müharibəsindən sonra, Fransa prezidenti ilə belə bir görüş baş tutmamışdı. İki ölkə ilə münasibətlər qırılma nöqtəsinə gəlmişdi.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş və 8 avqustda sülh mətnin paraflanması Fransanın regional siyasətinə zərbə vurdu:

"Çünki, Fransa sülhə qarşı idi və Ermənistanı silahlandırirdı. Paşinyan Fransanın siyasətinin Ermənistan üçün mənfi nəticələrin olacağından ehtiyat etdiyi üçün eskalasiyanı deyil, Azərbaycanın sülh gündəmini qəbul etdi.

Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır. Bu, Azərbaycanın siyasi qələbəsidir. Fransa prezidenti Makron prezident İlham Əliyevin sülh gündəliyini və regionda siyasi reallıqları qəbul etdi. Məhz bu görüş Azərbaycanın diplomatik qələbəsidir.

Bundan sonra, Azərbaycan-Fransa əlaqələrinin yeni mərhələyə keçməsi mümkün görünür".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
6
icma.az

7Mənbələr