AZ

Türkiyədə fabrikdə 32 nəfər qazdan zəhərlənib 

Türkiyənin Bartın şəhərində 1 000 işçinin çalışdığı kauçuk məmulatları fabrikinin 32 əməkdaşı yeni alınan avadanlığın qazından zəhərləniblər.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, onlarda ürəkbulanma, qusma, başağrısı müşahidə olunub. Zərərçəkənlər təcili yardım və şəxsi avtomobillərlə şəhərdəki xəstəxanalara çatdırılıblar. Onlardan 26-sı tibbi müdaxilələrdən sonra buraxılıb.

Qeyd edilir ki, hazırda altı işçinin müalicəsi davam edir. pizza sifarişi

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Telegram kanalımız
Seçilən
14
2
yenisabah.az

4Mənbələr