AZ

Mask bu lideri hədəf aldı: Başıboş aktyordur

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikalı milyarder və “SpaceX”in baş direktoru İlon Mask Britaniyanın Baş naziri Kir Starmeri tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.

“Starmer başıboş aktyordur. Başqalarının ona dediklərini təkrarlayır”, – deyə Mask qeyd edib.

Sentyabrın 13-də amerikalı milyarder Londonda mühacir əleyhinə etirazlara dəstək verib. O, video bağlantı vasitəsilə kütləyə müraciət edib və Starmer hökumətini tənqid edərək parlamentin buraxılmasını tələb edib.

Mask həmçinin britaniyalıların söz azadlığı hüquqlarından istifadə etməkdən qorxduğunu iddia edib və “BBC”ni “Böyük Britaniyanın məhv edilməsində şərik” adlandırıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
globalinfo.az

1Mənbələr