AZ

ABŞ Ukraynaya “Tomahavk” vermək istəmir, əvəzində isə...

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Amerikanın “Tomahavk” raketləri Ukraynaya göndərilməyə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu raketlərin tədarükünün baş tutmaması mövcud ehtiyatların yalnız ABŞ Hərbi Dəniz Qüvvələri və digər məqsədlər üçün nəzərdə tutulması ilə bağlı ola bilər.

İddia edilir ki, Ukraynaya “Tomahavk” əvəzinə daha qısamənzilli başqa silahlar alması təklif edilir.

Adının çəkilməsini istəməyən amerikalı rəsmi isə qeyd edib ki, ABŞ-ın bu raketlərlə bağlı heç bir çatışmazlığı yoxdur. O əlavə edib ki, Vaşinqton avropalı müttəfiqlərinə digər uzaqmənzilli silahlar almağa və onları Ukraynaya tədarük etməyə icazə verə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
axar.az

2Mənbələr