AZ

Adi bir vərdiş qəbizlik riskini 20% azaldır

Gecə yuxusunun müddəti həftə ərzində sağlam bağırsaqlar üçün böyük rol oynayır. 7–9 saatlıq yuxu qəbizlik riskini təxminən 20% azaldır. Bu nəticəyə Honq Konq Universitetinin alimləri gəlib.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri American Journal of Gastroenterology jurnalında dərc olunub.

Tədqiqatda 40–70 yaş arası 107 475 nəfər iştirak edib. Onların heç birində funksional qəbizlik diaqnozu qoyulmamışdı. Funksional (fizioloji) qəbizlik – orqanik pozuntularla deyil, əsasən həyat tərzi və xarici amillərlə bağlı yaranan defekasiya gecikməsidir.

Elm adamları iştirakçıların gündəlik vərdişlərini, fiziki aktivliyini və yuxu rejimini izləyiblər. 12 il ərzində müşahidələr nəticəsində 3591 yeni qəbizlik halı qeydə alınıb.

Siqaretdən imtina – qəbizlik riskini 17% azaldıb.

7–9 saatlıq yuxu – qəbizlik riskini 20% azaldıb.

Mütəmadi fiziki aktivlik və kifayət qədər lif qəbulu da müsbət təsir göstərib.

Alimlər xəbərdarlıq edirlər ki, xroniki qəbizlik bağırsaq xərçəngi riskini artıra bilər. Nəcis uzun müddət bağırsaqda qaldıqda, potensial toksinlərin selikli qişa ilə təması daha çox olur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
5
e-saglam.az

1Mənbələr