AZ

Turp haqqında ŞOK MƏLUMATLAR - Əslində...

İndiyədək mikroplastiklərin əsasən dənizlərdə, okeanlarda və canlılarda rastlandığı bilinirdi. Lakin Plymouth Universitetinin alimləri sübut ediblər ki, bu zərərli hissəciklər yalnız dəniz məhsullarında deyil, birbaşa yediyimiz tərəvəzlərdə də ola bilər.

Araşdırmanın baş müəllifi Dr. Nathaniel Clark bildirib:

“Bu nəticələr yalnız turpla məhdudlaşmır. Digər tərəvəzlərdə də oxşar vəziyyət mümkündür.”

Alimlər mikroplastiklərin bitkilərə necə keçdiyini anlamaq üçün turp üzərində hidroponik (suda yetişdirmə) üsulu ilə təcrübə aparıblar. Mikroplastik ehtiva edən məhlula yerləşdirilən turplar beş gün müşahidə olunub.

Nəticələr narahatedici olub:

Mikroplastiklərin 25%-i turpun yeyilə bilən kök hissəsində, 10%-i isə cücərtilərində aşkarlanıb.

Dr. Clark bildirib ki, bitkilərin köklərində zərərli maddələri süzməyə cavabdeh Casparian zolağı nanoplastikləri saxlaya bilmir:

“Nanoplastiklər bu baryeri aşır, bitkinin daxilində toplanaraq onu yeyən canlılara keçir."

Mikroplastiklərin insan sağlamlığına təsiri hələ tam sübut olunmasa da, araşdırmalar böyük təhlükəyə işarə edir. Plastiklərin tərkibindəki toksik və kanserogen kimyəvi maddələr orqanizmdə toplanaraq orqanlara zərər verə bilər.

Heyvan təcrübələri göstərib ki, yüksək səviyyədə mikroplastikə məruz qalmaq bağırsaq, qaraciyər, ağciyər və çoxalma sistemində zədələnmələrə yol açır. İnsanlar üzərində aparılan ilkin araşdırmalar isə mikroplastiklərin ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqəli ola biləcəyini göstərir.


Seçilən
16
news365.az

1Mənbələr