AZ

Britaniya kəşfiyyatına rəhbərlik edən ilk qadın oldu


Blez Metreveli Britaniyanın MI6 Xarici Kəşfiyyat Xidmətinın rəhbəri vəzifəsinə təyin edilib.
Yeniavaz.com
“The Times” qəzetinə istinadla xəbər verir ki, bununla da o, bu vəzifəni tutan ilk qadın olub.
Nəşrin məlumatına görə, o, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Muru əvəz edərək öz vəzifəsinin icrasına başlayıb.
Həmçinin 48 yaşlı Metreveli 1909-cu ildə yaradılan, ancaq 1994-cü ildə rəsmi olaraq tanınan MI6-nın tarixində ən gənc rəhbər olub.
O, 1999-cu ildən xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqin müxtəlif yerlərində keçirib.
Qəzet əlavə edib ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb.
Nəşrin məlumatına görə, Metreveli təyinatından sonra əsas diqqətini Britaniyanın Yaxın Şərqdə təsirini bərpa etməyə yönəldəcək.
“The Times” həmçinin qeyd edib ki, əvvəllər MI6-nın texnologiya departamentinə rəhbərlik etmiş Metreveli sosial mediadan istifadə edərək, kəşfiyyat idarəsini daha açıq və daha şəffaf etmək niyyətindədir.
Metreveli təşkilatın tarixində MI6-nın 18-ci rəhbəri olub. Onun təyinatı Britaniya hökumətinin saytında iyunun 15-də elan edilib. Həmin vaxt Dauninq-strit 10 ünvanındakı ofis Metrevelinin Kembric Universitetini bitirdiyini və burada antropologiya təhsili aldığını qeyd edib.
Daha sonra “The Daily Mail” qəzeti Almaniyanın Frayburq şəhərinin arxivində saxlanılan sənədləri araşdıraraq yazıb ki, Metrevelinin babası Konstantin Dobrovolski almanların işğalı altında olan Çerniqovda “Qəssab” ləqəbli nasist əməkdaşı olub.
Seçilən
21
7
yeniavaz.com

8Mənbələr