AZ

Biləcəriyə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb

Biləcəriyə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir-təftiş işləri aparılır.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə və yeni yaşayış massivində elektrik enerjisinin verilişi dayandırılıb.

Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
24
8
editor.az

10Mənbələr