AZ

Mİ6-ya ilk dəfə qadın rəhbər təyin olunub

Britaniya kəşfiyyatının zabiti olan Bleyz Metreveli Mİ-6-nın rəhbəri vəzifəsinə təyinat alıb və o bu vəzifəni tutan ilk qadın olub.

“The Times” qəzetinin məlumatına görə, o, oktyabrın 1-də məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra vəzifəsinin icrasına başlayıb.

48 yaşında Metreveli 1909-cu ilə qədər uzanan Mİ6-nın tarixində ən gənc rəhbərdir.

O, 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqdə müxtəlif yerlərdə keçirib.

Məlumatda həmçinin bildirilir ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb.

Seçilən
11
6
herbiand.az

8Mənbələr