AZ

Brüsseldə yeni çaxnaşma: Merz buna qəzəbləndi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Almaniya kansleri Fridrix Merz Avropa İttifaqının (Aİ) fondları ilə “dron divarı”nın maliyyələşdirilməsi təklifini kəskin tənqid edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Oktyabrın 2-də Latviyanın baş naziri Evika Silina bəyan edib ki, Avropa İttifaqında “dron divarı” layihəsi 1-1,5 il ərzində yaradıla bilər. Baltikyanı və Skandinaviya ölkələri layihəni dəstəkləyib, son həftələrdə Polşa, Estoniya, Rumıniya və Danimarkada hava məkanının pozulması ilə bağlı bir sıra iddialardan sonra birlik və həmrəyliyə çağırıblar. Lakin kansler oxşar fikirdə deyil. O, sözügedən addımın Aİ vəsaitləri ilə edilməsinə qarşıdır”, – deyə yazılıb.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşanın hava məkanının pozulması iddiasından sonra Brüssel Avropa İttifaqının şərq sərhədi boyunca “dron divarı” yaratmaq niyyətini açıqlayıb.

Bu layihə Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsü olub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr