AZ

Bu ölkədə silikon etdirən qadınlar sərt cəzalandırılacaq Bir bir yoxlanılır

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şimali Koreyada təhlükəsizlik qüvvələri sinə böyütmə əməliyyatı keçirən qadınlara qarşı sərt kampaniya başladıb.

Milli.Az xəbər verir ki, rejim bu əməliyyatları "kapitalist döş implantları" adlandıraraq, əməliyyat keçirən qadınları və həkimləri ciddi cəzalarla hədələyir.

Məlumata görə, məhəllə patrulları və gizli agentlər vasitəsilə əməliyyat olunan qadınların aşkarlanması üçün yoxlamalar aparılır. Yaxalanan qadınların əmək düşərgələrinə göndərilməsi planlaşdırılır.

Sentyabr ayında Şimali Hvanqhae əyalətinin Sarivon şəhərində keçirilən açıq dinləmədə iki gənc qadın və əməliyyatı həyata keçirən həkim mühakimə olunub. Prokuror bu əməliyyatları "burjua ənənələri ilə pozulmuş kapitalist hərəkət" kimi qiymətləndirib, hakim isə onları "anti-sosialist" elan edərək sərt cəzalandırılacaqlarını bəyan edib.

Məhkəmədə təqdim olunan sübutlara görə, silikon implantlar Çindən qaçaqmalçılıq yolu ilə gətirilib və həkim onları evdə istifadə edib. Əldə olunan tibbi alətlər, silikon materiallar və pullar müsadirə edilərək nümayiş etdirilib.

Təhlükəsizlik qüvvələrinin əməliyyat şübhəsi ilə qadınları fiziki müayinədən keçirdiyi də açıqlanıb. Məhəllə komitələrinə, cərrahi müdaxilə keçirən qadınların müəyyən edilməsi və xəstəxanalara göndərilməsi tapşırılıb.

Bu vəziyyət xüsusilə gənc qadınlar arasında ciddi qorxu və narahatlıq yaradıb.

Fidan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
news.milli.az

4Mənbələr