AZ

Bir qarabağlı olaraq köməyə hazıram

ain.az bildirir, Axsham.az portalına istinadən.

Türkiyədə yaşayan müğənni Günel Zeynalova İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanmasına hücumu ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi Qəzzada aclıqdan əziyyət çəkən uşaqlara yardım üçün izləyicilərinə səslənib. O bildirib ki, yardım üçün hər zaman hazırdır:

"Mən və mənim kimi bir çox yardıma könüllü insanlar olmalıdır. Qarabağlı, ağdamlı, bir atanın qızı olaraq, soyqırımı 30 il yaşayan, ən acılarını görən, işğal altındakı torpaqlarımızı minlərlə şəhid verdiymiz qardaşlarımızın döyüşərək alacağına inanaraq həsrətlə gözləyənlərdən olmuşam. İndi bu arzularımıza kədərli də olsa qovuşduq. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağlı bir vətəndaş olaraq köməyə hazıram. Uşaqlara insanlıq adına əlimdən nə gəlirsə etmək istəyirəm. Azərbaycanımın adından getməyə könüllüyəm".

Qeyd edək ki, İsrail hərbçiləri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 13 gəmisini ələ keçirib. Gəmidə çox sayda türk fəalları da var. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
2
axsam.az

3Mənbələr