AZ

Qulaq eşitmə qabiliyyətinin pisləşməsinin gözlənilməz səbəbi açıqlanıb

JNHA jurnalında dərc olunan tədqiqata görə, duzun həddindən artıq qəbulu eşitmə itkisi riskini artırır.

E-saglam.az xəbər verir ki, Cənubi Koreyanın Kenbuk Milli Universitetinin alimləri 40–69 yaş arası təxminən 500 min nəfərin sağlamlıq göstəricilərini izləyiblər. İştirakçıların heç birində tədqiqatın əvvəlində eşitmə problemi olmayıb. Onlar gündəlik qidalanma vərdişləri ilə bağlı sorğu dolduraraq, yeməklərinə nə qədər tez-tez əlavə duz qatdıqlarını və duzlu məhsullardan istifadə tezliyini bildiriblər.

Alimlər iştirakçıları 11 il ərzində müşahidə ediblər. Bu müddətdə 19 188 nəfərdə eşitmə pozğunluğu aşkarlanıb. Analiz göstərib ki, duzu hər zaman əlavə edən insanlarda eşitmə itkisi riski 23% daha yüksəkdir.

Ən çox kimlər təsirlənir?

kişilərdə,

gənc iştirakçılarda,

şəkərli diabeti və ya yüksək təzyiqi olmayan şəxslərdə daha güclü müşahidə olunub.

Əlavə analizlər göstərib ki, duzun ziyanı əsasən bədəndə yaranan iltihabi proseslər vasitəsilə həyata keçir. Bu proseslər C-reaktiv zülal və asetilqlikoproteinlər kimi göstəricilərlə bağlıdır. Maraqlıdır ki, qan təzyiqi və damarların sərtliyi eşitmə itkisi riskinə ciddi təsir göstərməyib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
28
e-saglam.az

1Mənbələr