AZ

ABŞ-dan Ukrayna ilə bağlı ŞOK QƏRAR: Zelenski çətin vəziyyətə düşdü

Vaşinqtonda hərbi yardım və milyardlarla dollara başa gələcək pilotsuz təyyarə sazişi ilə bağlı danışıqlar dayandırılıb.

KONKRET.az xəbər verir ki, buna səbəb ABŞ hökumətinin büdcə çatışmazlığı fonunda işlərin iflic olmasıdır.

Ukrayna hökumətindəki mənbələr bildirir ki, əsas narahatlıq Amerika silahlarının çatdırılmasında ola biləcək gecikmələrlə bağlıdır:

“Bütün layihələr müəyyən qədər zərər çəkdi. Çünki Pentaqon, Dövlət Departamenti və Ağ Evdən olan nümayəndələr görüşmür və biz bu bağlanma səbəbindən vaxt itiririk”, – deyə vurğulanır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
1
konkret.az

1Mənbələr