AZ

Tramp: ABŞ narkotik kartelləri ilə silahlı münaqişə vəziyyətindədir

ABŞ prezidenti Donald Tramp ölkəsinin hazırda narkotik kartelləri ilə “qeyri-beynəlxalq silahlı münaqişə” vəziyyətində olduğunu bəyan edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Tramp administrasiyasının hazırladığı memorandumda kartellər “qanunsuz döyüşçülər” kimi elan olunub. Sənəd Karib dənizindəki gəmilərə qarşı həyata keçirilən son hərbi əməliyyatlarla bağlıdır.

Pentaqon rəsmiləri məsələ ilə bağlı Konqresə məlumat veriblər.

Məlumata görə, sözügedən memorandum həm Tramp administrasiyasının prezidentin hərbi səlahiyyətlərini genişləndirmək niyyətini, həm də “Öncə Amerika” proqramının yeni mərhələyə keçə biləcəyini göstərir.

Ekspertlər hesab edirlər ki, bu addım Ağ Evin hərbi səlahiyyətlərini nə qədər artırmaq istədiyi barədə suallar doğurur. Həmçinin Konqresin bu cür hərbi əməliyyatlara icazə verib-verməyəcəyi də müzakirə mövzusu olaraq qalır.

Seçilən
29
veteninfo.az

1Mənbələr