AZ

Bakıda şadlıq sarayının pilləkənlərindən yıxılan şəxs öldü

Ajans.az xəbər verir ki, hadisə paytaxtın B.Çobanzadə küçəsində yerləşən "Şərq" şadlıq sarayında baş verib. Məlumata görə, sentyabrın 23-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Orxan Qarayev şadlıq sarayının pilləkənindən yıxılıb. Xəsarət alaraq xəstəxanaya yerlədirilən şəxs ötən gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
41
10
Ajans.az

10Mənbələr