BAKI, 3 oktyabr. TELEQRAF
Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərinin tətbiqi nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81% səviyyəsindədir.
Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.
2025-ci ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15% artıb. Bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8,2 milyard manat təşkil edib. Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36% artıb.
Ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin reallaşdırıılmasına şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7% artaraq, 333 minə yaxın olub.