AZ

Alkoqolizm 200-dən çox xəstəliyin səbəbkarıdır - Səhiyyə Nazirliyinin mütəxəssisi (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserininhəkim-narkoloqu Fizzə Baxışova Nazirliyin rəsmi saytına müsahibəverib.

Trendhəmin müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə MübarizəGünüdür. Beynəlxalq günün tarixi haqqında qısa məlumatverərdiniz...

- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu ciddi probleməictimaiyyətin nəzərini cəlb və həll yollarını müəyyən etmək üçünhər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimiqeyd edilir.
Bu tarix təsadüfən seçilməyib. 3 oktyabr 1887-ci ildə bütünhəyatını alkoqolizmlə mübarizəyə həsr edən görkəmli amerikalıictimai xadim Con Finç vəfat edib.

- Doktor, alkoqolizm xəstəliyinin yaranma səbəblərihansılardır?

- Xroniki alkoqol qəbulu hər zaman şəxsin daxili psixoloji,fizioloji, mənəvi problemləri haqda məlumat verir. Fiziolojisəbəblərə genetik faktorlar, baş beynin müxtəlif xəstəlikləri,nevroloji, psixi pozuntular aiddir. Alkoqolizmin əmələ gəlməsindəsosial faktorlara əsasən şəxsin olduğu mühit vacib rol oynayır.Bunların hamısı tez bir zamanda asılılığa səbəb olur. Digər amilisə insanın gözləntilərini doğrultmayan reallıqdan qaçmaq və eynizamanda həyatın həqiqətləri ilə üzləşməmək üçün spirtli içkilərəüstünlük verməsi kimi psixoloji amildir.

- Alkoqolizmin mərhələləri barədə məlumat verərdiniz...

- Alkoqol asılılığın formalaşması fərqli olub, şəxsin psixi vəfiziki vəziyyətindən asılıdır. İlk mərhələdə orqanizm alkoqoluntoksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanmaməhsullarının uzun müddətli qanda olması sonradan beyin toxumasınatəsiri nəticəsində ilkin olaraq psixi asılılıq, sonrakı dövrdə isəfiziki asılılıq yaranır.
İlkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxsözünü daha rahat hiss edir, sanki özgüvəni artır. Lakin bütün buhisslər müvəqqəti xarakter daşıyır və spirtin təsiri aradanqalxdıqdan sonra azalır.
Təkrar-təkrar eyforiya əldə etmək istəyi alkoqol asılılığınıninkişafına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqolhaqqında düşünür, onu qəbul etmək anını səbirsizliklə gözləyir. Bumərhələ psixi asılılıq dövrünə təsadüf edir.
Sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur. Buzaman əsas əlamətlər əldə titrəmə, baş ağrısı, əmək qabiliyyətininazalmasıdır. Bu mərhələdə insan eyforiyaya nail olmaq üçün spirtliiçkinin dozasını artırır. Nəticədə, şəxs tamamilə spirtli içkidənasılı olaraq işə, doğmalarına, dostlarına qarşı laqeyd olur.

- Alkoqolizm nə kimi fəsadlar yaradır?

- Spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çoxxəstəliklərin yaranmasının başlıca amilidir. Spirtli içkilərintərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəngriskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə,alkoqolizm ürək damar xəstəliklərinin yaranmasının 25%-ni təşkiledir. Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piydegenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə,miokard infarktına, stenokardiyaya gətirib çıxarır.
Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədəninsekretor, motor və enzimatik funksiyaları pozulur. Alkoqolqaraciyər üçün xüsusilə zərərlidir. Spirtli içki qəbul etdikdəhepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir,pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindənşəkərli diabet tez-tez inkişaf edir. Alkoqol baş beyində biokimyəvidəyişiklik yaradaraq neyronların ölümünə səbəb olur. Bu zamankoqnitiv proseslər, yuxu sistemi, davranışda dəyişikliklərə gətiribçıxarır.

- Alkoqolizmin ümumi sosial nəticələri haqqında məlumatverərdiniz...

- Alkoqol istehlakı təkcə fərdin sağlamlığına deyil, onun daxiliorqanlarını və bədən sistemlərini məhv etməklə yanaşı, bütövlükdəcəmiyyətə də neqativ təsir göstərir. Spirtli içkilərin sistematikqəbulu, hətta epizodik belə insan sağlamlığına, ailədəkonfliktlərə, hətta bəzi ailələrin dağılmasına gətirib çıxarır.Daimi spirtli içki qəbulu ağır intoksikasiyaya, xronikxəstəliklərin yaranmasına səbəb olur.
Alkoqol təsiri altında insanlar cəmiyyət qarşısında məsuliyyəthissini itirir. Nə qədər spirtli içki qəbulu yüksək olur, o qədərdə asosial davranışlar artır. Bunlardan ən təhlükəlisi sərxoşvəziyyətdə maşını idarə etməkdir.

- Alkoqolizmin müalicə və reabilitasiyası nə qədəreffektivdir?

- Alkoqol asılılığı digər asılılıqlarda olduğu kimi, özmürəkkəbliyi ilə seçilir. Məhz buna görə narkoloji xəstəliklərinmüalicəsinə kompleks yanaşma tələb olunur. Müalicə zamanı ilkinolaraq xəstənin vəziyyətinin stabilləşdirilməsinə yönəldilənintensiv terapiya aparılır. Bu mərhələdə müalicənin effektivlikmeyarı orqanizmin həyatı funksiyalarının bərpasından ibarətdir.Növbəti mərhələdə bərpa və residivə qarşı müalicə aparılır.
Məhz bu mərhələlərdən sonra xəstə reabilitasiya mərhələsinə hazırolur. Reabilitasiya xəstənin maksimal dərəcədə həyatauyğunlaşmasına yönəlmiş kompleks tibbi, sosial tədbirlərdənibarətdir. İlk dəfə Amerikada 1935-ci ildə Robert Smit və BillUilson tərəfindən ”Anonim Alkoqoliklər” (“Alcoholics Anonymous”)birliyin əsası qoyulub. Bu birlik 12 addımlı bərpa proqramı və yaMinnesota proqramı üzrə fəaliyyət göstərir.

Alkoqolizm
Alkoqolizm
Seçilən
18
11
az.trend.az

10Mənbələr