AZ

Yaponiyanın Yamato Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov Yaponiyaya səfəri çərçivəsində YamatoUniversitetinin rektoru və tələbə-müəllim heyəti ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, Universitetin rektoruŞinji Matsumoto ilə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsininyaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyigenişmiqyaslı layihələr barədə ətraflı məlumat verilib.

Eyni zamanda universitetlə əməkdaşlıq imkanları müzakirə olunubvə azərbaycanlı gənclərin Yaponiyada təhsilə böyük maraqgöstərdikləri diqqətə çatdırılıb.

Yamato Universitetinin rektoru Şinji Matsumoto qonaqları səmimisalamlayaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi,fəaliyyəti və tədris prosesi barədə danışıb. O, azərbaycanlıtələbələrin rəhbərlik etdiyi universitetdə təhsil almağa artanmarağını müsbət qiymətləndirib.

Daha sonra universitetin tələbələrinə ölkəmizin müstəqilliktarixi, regiondakı mövqeyi və dövlətimizin müasir inkişafmərhələləri ilə bağlı ətraflı məlumat verilib. Komitə sədritələbələr qarşısında Azərbaycanın müstəqillik tarixi, qabaqcılictimai-siyasi dəyərlərə sadiqliyi, demokratiya və zənginmultikultural ənənələrə malik olması barədə dolğun faktlar əsasındaməruzə ilə çıxış edib.

Yapon tələbələr uzun illər işğal altında olan torpaqlarımızdasuverenliyimizin bərpa olunması, ABŞ Prezidenti Donald Trampınvasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti ilə ErmənistanınBaş naziri arasında sülh sazişinə yönələn görüşün təşkili və digərmühüm tarixi-siyasi hadisələrlə bağlı təqdimatı maraqlaizləyiblər.

Daha sonra azad Şuşada səsləndirilən və Xalq artist, maestroYalçın Adıgözəlovun dirijorluq etdiyi konsertdə ifa olunan “Qarabağşikəstəsi” nümayiş olunub. Tələbələr “Qarabağ şikəstəsi”ni vəonlarla görüşdə iştirak edən maestronu alqışlarlaqarşılayıblar.

Universitetdə görüş fikir mübadiləsinin aparılması vətələbələrin suallarının cavablandırılması ilə davam edib.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşredilən bir sıra kitablar Yamato Universitetinin kitabxanasınahədiyyə olunub.

Yaponiyanın
Yaponiyanın
Yaponiyanın
Yaponiyanın
Yaponiyanın
Yaponiyanın
Yaponiyanın
Yaponiyanın
Yaponiyanın
Seçilən
56
4
az.trend.az

7Mənbələr