AZ

Ermənistan və Qazaxıstan eyni anda açıqladı: Rusiyanın xoşuna gəlməyəcək

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən günlərdə həm Qazaxıstan, həm də Ermənistan yeni atom elektrik stansiyaları tikmək planlarını açıqlayıblar. Qazaxıstan Almatı vilayətində və Xəzər sahilində ümumilikdə üç AES inşa etməyi nəzərdə tutur, Ermənistan isə modul tipli AES üçün bir neçə ölkə ilə danışıqlar aparır.

Regionda nə baş verir? AES tikintisi ilə bağlı planlar nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, AES-lərin əsas üstünlükləri yüksək enerji səmərəliliyi, az karbon emissiyası, uzunmüddətli və dayanıqlı enerji təminatıdır:

“Onlar digər enerji mənbələrinə nisbətən daha az sahə tələb edir, etibarlı işləyir və yanacaq dəyəri aşağıdır. AES-lərə tələbat əsasən böyük həcmdə davamlı enerji təmin etmək, xərcləri azaltmaq və fosil yanacaqlardan asılılığı minimuma endirmək zərurətindən irəli gəlir. Bu stansiyalar sənaye, kənd təsərrüfatı və əhalinin enerji tələbatını ödəməklə yanaşı, ölkələrin enerji təhlükəsizliyini də gücləndirir. Hazırda Qazaxıstan və Ermənistanın yeni AES tikmək planları da bu amillərlə bağlıdır. Qazaxıstan hələ keçmiş prezident Nursultan Nazarbayevin dövründə AES tikintisinin vacibliyini gündəmə gətirmişdi. Hətta 2022-ci ilin noyabrında Almatı vilayətinin Məşvərət Şurası bu təşəbbüsü təsdiqləyib. Energetika Nazirliyinin hədəfinə görə, 2035-ci ilə qədər ölkədə istehsal olunan enerjinin 12 faizi AES-lərin payına düşməlidir”.

Yusif Bağırzadə

Politoloq qeyd edib ki, Ermənistanda Metsamor AES fəaliyyət göstərir və onun idarəçiliyi Rusiyanın nəzarətindədir:

“Qərb ölkələri uzun müddətdir Ermənistana enerji sahəsində Moskvanın təsirindən çıxmaq üçün təzyiq göstərir. Digər tərəfdən, Metsamor AES-in istismar müddəti təhlükəsizlik baxımından risklidir. Buna görə də Ermənistan həm enerji təhlükəsizliyini artırmaq, həm də Rusiyadan asılılığı azaltmaq məqsədilə yeni AES tikintisinə maraq göstərir”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
globalinfo.az

2Mənbələr