AZ

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 faizə çatacaq

Bu il Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70 %-ə çatacaq.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Xatırladaq ki, ötən il Azərbaycanda 126 milyard 337 milyon manatlıq ÜDM istehsal olunub. Bunun 67,85 %-i və yaxud 85 milyard 712,4 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb, pizza mizza

M.Cabbarovun fikrincə, Azərbaycanda istehsal olunan məhsul və xidmətlərın rəqabət qabiliyyəti getdikcə artacaq.

"İqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektorudur. 2021–2024-cü illərdə bu sahə orta hesabla 6,7 % artım nümayiş etdirib. Bu, yaxşı göstəricidir, lakin biz həmişə daha yüksək templərin axtarışındayıq", - deyə nazir əlavə edib.


Telegram kanalımız
Seçilən
23
3
yenisabah.az

4Mənbələr