AZ

İsrail ordusu Hizbullahın hərbi obyektini vurdu

İsrail Müdafiə Ordusu (ÇAXAL) Livanın cənubunda Hizbullahın atəş və müdafiə sistemlərinin idarə edildiyi məntəqəyə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı silah anbarları, hərbi tikililər və yeraltı infrastruktur obyektləri hədəfə alınıb.

“Bu məntəqədə terror fəaliyyəti aşkar edilmişdi. Belə bir obyektin mövcudluğu, həmçinin orada həyata keçirilən terror fəaliyyəti İsrail və Livan arasında atəşkəs barədə razılaşmaların pozulmasıdır”, - məlumatda qeyd edilib.

Seçilən
15
4
axar.az

5Mənbələr