AZ

Tramp göstəriş verdi: ilk dəfə olacaq

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiyanın neft və qaz obyektlərinə zərbələr endirmək üçün kəşfiyyat məlumatları ilə təmin etməyi planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə NBC telekanalı administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

“Bu, Donald Trampın 2025-ci ilin yanvarında hakimiyyətə qayıdışından sonra Ukrayna ordusuna ilk dəfə yeni kəşfiyyat məlumatlarının ötürülməsi olacaq.Kiyev həm də Vaşinqtonun onu daha uzun mənzilli, Amerika istehsalı olan raketlərlə təmin etməyə razı olacağına ümid edir”, – deyə bildirilibş

Qeyd edək ki, daha əvvəl “Financial Times” D.Trampın Ukrayna ilə kəşfiyyat mübadiləsinə hazırlıq barədə göstəriş verdiyini yazıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
globalinfo.az

1Mənbələr