AZ

Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

Sumqayıtın bəzi hissələrində qaz təchizatı dayandırılacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. 

Şəhərin Bulvar küçəsində orta təzyiqli 108 millimetrlik qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması məqsədilə qaz təchizatında fasilə olacaq.

Məlumata görə, müvafiq işlərin görülməsi ilə əlaqədar bu gün saat 12:00-dan etibarən, ərazidəki 550 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Seçilən
4
10
anews.az

10Mənbələr