AZ

Prezidenti İlham Əliyev Koreya Prezidenti Li Cemyönü təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev KoreyaRespublikasının Prezidenti Li Cemyönə ölkəsinin milli bayramımünasibətilə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütünxalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrikedir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafıməmnunluq doğurur. Bu gün bir sıra sahələrdə, xüsusilə dəiqtisadi-ticari, sənaye, yüksək texnologiyalar, rəqəmsaltransformasiya, elm, təhsil və digər sahələrdə əməkdaşlığımızındərinləşməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraqAzərbaycan-Koreya əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlıfəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizibundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost KoreyaRespublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram."

Seçilən
47
39
az.trend.az

10Mənbələr