Yüksək Qızlar Liqasında 2025/2026 mövsümünün püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA-nın bayrağı altında təşkil edilən turnirdə, qurumun inzibati binasında keçirilən püşkatma mərasimində ilk olaraq baş katib Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.

Daha sonra AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib.

Yüksək Qızlar Liqasında (YQL) ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb. 12 klubun iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək. YQL-da I turun oyunları 9-12 oktyabr aralığında keçiriləcək.

I turun təqvimi

"Qəbələ" – "Araz-Naxçıvan"

"Sabah" – "Şəfa"

"Baku Juniors" – "Zaqatala"

"Sumqayıt" – "Təhsil"

"Dirçəliş" – "Liman"

"Neftçi" – Ümid" (Gəncə)