AZ

Prezident Avropa liderləri ilə mühüm müzakirələrdə

Azərbaycan və Ermənistan liderləri Avropa Siyasi Birliyinin Kopenhagendəki toplantısında sülh prosesindən danışdılar - Avropa sülh sazişi istəyir...

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) yeddinci toplantısı keçirilib. Prezident İlham Əliyev Danimarkanın baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə tədbirə qatılıb.

Oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısının açılış plenar sessiyası keçirilib. Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrit təhlükələr kimi mövzular müzakirə olunub.

Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış  mərasimi keçirilir Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir  YENİLƏNƏCƏK - AZƏRTAC

İlham Əliyev Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə də görüşü olub.

Report.az on X: "‼️Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə  toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri  Nikol Paşinyanın görüşü baş tutub #Report #ReportAz #ReportNewsAz  #Azerbaycan #Prezident #IlhamAliyev ...

Avropa Siyasi Birliyinin toplantısına Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılıb. Antonio Koşta Avropa Siyasi Birliyi sammitindəki çıxışında İlham Əliyevi və Nikol Paşinyanı tarixi sülhə nail olduqlarına görə təbrik edib. “Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh Avropamız üçün əhəmiyyətli andır. Bu onu göstərir ki, sülh qurmaq mümkündür və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”, - A.Koşta qeyd edib. Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan və Ermənistan liderlərini təbrik edib.

Kopenhagendə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. Azərbaycan və Ermənistan liderləri sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton razılaşmaların əhəmiyyətini vurğulayıblar.

qaynarinfo.az

Ermənistan hökumətinin mətbuat xidməti də liderlər arasındakı görüşün bəzi detalları ilə bağlı açıqlama yayıb. “Tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğuladılar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti davam etdirməyə sadiq olduqlarını bir daha təsdiq etdilər. Ermənistanın baş naziri və Azərbaycan Prezidenti regionda nəqliyyat əlaqələrinin üstünlüklərini qeyd ediblər, Azərbaycanda infrastrukturun inkişafının gedişatını və Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda deyilir. Bildirilir ki, bu kontekstdə tərəflər ATƏT-in Minsk prosesinin və bütün əlaqədar strukturların dayandırılması barədə yekdil qərarı alqışlayıblar. “Tərəflər etimad quruculuğu tədbirlərinin daha çox həyata keçirilməsinin zəruriliyini vurğuladılar və təmasları davam etdirmək barədə razılığa gəldilər”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi” |  Modern.az

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avropa Siyasi Birliyinin toplantılarında liderlərin görüşləri və müzakirələri ənənə şəklini alıb: “İlham Əliyev və Nikol Paşinyan oktyabrın 2-də Kopenhagendə keçirilən toplantıda bu imkandan yenə istifadə etdilər. Bu mənada Avropa Siyasi Birliyi müzakirələri davam etdirmək üçün faydalı platformadır. İlham Əliyevlə Nikol Paşinyanın il ərzində müxtəlif beynəlxalq tədbirlərdə görüşmələri və müzakirələr aparması ümumi işin xeyrinədir”. Politoloq vurğuladı ki, Azərbaycan və Ermənistan liderləri avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıb ortaq bəyanata imza atsalar da, sülh quruculuğu daimi proses olduğundan fikir mübadiləsini davam etdirməyə ehtiyac var: “Təsadüfi deyil ki, İlham Əliyev və Nikol Paşinyan Kopenhagendəki görüşdə iki məsələnin üzərində xüsusi dayanıblar. Birincisi, tərəflər sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. İlham Əliyev və Nikol Paşinyan Donald Trampın təşəbbüsü ilə əldə olunan razılaşmaların əhəmiyyətini bir daha vurğulayıblar. İkincisi, liderlər regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulamaqla yanaşı infrastruktur çalışamalarıyla bağlı bir-birlərini məlumatlandırıblar. İlham Əliyev Nikol Paşinyanı Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı, Nikol Paşinyan isə İlham Əliyevi Ermənistan ərazisində aparılan işlərlə bağlı məlumatlandırıb. Azərbaycan öz üzərinə düşən işləri sürətlə həyata keçirir, gələn ilin ortalarına qədər dəmiryol və avtomobil yolları Ermənistan sərhədinə qədər çəkilib qurtaracaq. Ermənistan isə hələ işlərə başlamayıb. Halbuki Nikol Paşinyan tələsməlidir, çünki tikinti işləri ən azı iki il çəkə bilər”.

Avropa dövlətlərinin liderlərinin yanaşmasına və mövqeyinə gəldikdə, E.Şahinoğlunun fikrincə, onlar iki ölkə arasında dialoqun genişlənməsində maraqlıdırlar: “Cənubi Qafqazda sülh və əməkdaşlığın genişlənməsi Avropa İttifaqının maraqlarına uyğundur. Fransa Prezidenti Emmanuel Makronun və onun komanda üzvlərinin də son aylarda Azərbaycana baxışlarının dəyişdiyini söyləmək mümkündür. Çünki gördülər ki, anti-Azərbaycan siyasəti ilk növbədə Fransanın maraqlarına ziddir”.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin yaradılması təşəbbüsü Fransa Prezidenti Emmanuel Makrondan gəlib. Forumun əsas məqsədlərindən biri Avropada təhlükəsizlik məsələlərini müzakirə etməkdir. Sammit 2022-ci ildən başlayıb.

Seçilən
4
1
news365.az

2Mənbələr