AZ

Zəlzələdən sonra 4000-dən çox yeraltı təkan qeydə alınıb

Filippinin Sebu əyalətində baş verən 6,9 bal gücündə zəlzələdən sonra 4000-dən çox yeraltı təkan qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

İnstitutdan verilən məlumata görə, yeraltı təkanların gücü 1-5 bal arasında olub.

Milli Fəlakətlərin Qarşısının Alınması və Zərərlərinin Azaldılması Şurasının yenilənmiş məlumatlarına görə, zəlzələ nəticəsində 68 nəfər həlak olub.

Bundan əvvəl ölənlərin sayı 72 idi. Təxminən 600 nəfər yaralanıb. Fövqəladə hallar xidməti həmçinin dağılmış binaların dağıntıları altında itkin düşənlərin olmadığını, buna görə də axtarış-xilasetmə əməliyyatlarının dayandırıldığını bildirib.

Seçilən
28
ucnoqta.az

1Mənbələr