AZ

Netrebko oxuyanda Ukrayna qana bulanır

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya İngiltərənin "Kovent Qarden Kral Opera Teatrı"nı Rusiyanın Xalq artisti Anna Netrebkonın orada çıxışına icazə verdiyinə görə tənqid edib.

Axşam.az "The teleqrafa" istinadən xəbər verir ki, Zelenskaya buna görə məyus olduğunu bildirib. Müğənninin Nyu-Yorkdakı Metropolitan Operası tərəfindən "qara siyahı"ya salınmasına baxmayaraq, Netrebko 2022-ci ildə hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə "Kral Opera Teatrı"nda çıxış edərək "Toska" operasında baş rolu oynayıb.

Netrebko yaxın günlərdə “Turandot” operası üçün də sözügedən səhnəyə çıxacaq.

Ukraynanın birinci xanımı iddia edir ki, Anna Netrebkonun London səhnəsinə qayıtması üç illik müharibə zamanı rus sənətçilərinin qeyri-rəsmi mədəni boykotuna faktiki son qoyur.

Zelenskaya etiraf edib ki, "Kral Opera Teatrı"nın Böyük Britaniyada və dünyada bir çox mədəniyyət qurumları kimi “Ukrayna ilə çiyin-çiyinə dayana bilməməsi” onu kədərləndirib.

"Anna Netrebkonun yenidən bu teatra dəvət edilməsi məndə mənfi təəssürat yaratdı. Mən bilirəm ki, mədəniyyət və incəsənət elitasının bir çox nümayəndələri, eləcə də siyasətçilər bu qərara qarşı çıxıblar. Amma bu, yenə də oldu" deyə, "The Times" Zelenskayadan sitat gətirib.

Həmçinin, Netrebkonun sözügedən teatrdakı çıxışları ukraynalı tərəfdarların etirazları ilə müşayiət olunub, bəziləri əllərində "Netrebko oxuyanda Ukrayna qana bulanır" yazılı pankart tutublar.

Ukraynanın birinci xanımının şərhlərinə cavab olaraq teatr rəhbərliyi öz qərarını rəsmi bəyanatla müdafiə edərək, bunları bildirib:

"Bizim səhnədə kimin çıxış etməsi ilə bağlı hər bir qərar çox diqqətlə qəbul edilir. Anna Netrebko öz mövqeyini dəfələrlə açıqlayıb".

Anna Netrebko özü isə vəziyyəti şərh etməyib.

Xatırladaq ki, Netrebko özü 2022-ci ildən Rusiyada yaşamır, çıxış etmir və ölkə hakimiyyətinin Ukraynadakı hərəkətlərini pisləyir. 

Qeyd edək ki, Anna Azərbaycanın Xalq artisti Yusif Eyvazovla ötən ilin iyununda rəsmən boşandığını açıqlayıb. Cütlük 10 illik münasibətə son qoysalar da, dost qaldıqlarını açıqlayıblar. 

Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
axsam.az

1Mənbələr