AZ

Bəzi ölkələrdən ət idxalına qoyulan məhdudiyyətlərin səbəbi açıqlanıb

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə daxilində və dünyada epizootik vəziyyəti daim nəzarətdə saxlayır.

AQTA-dan BAKU.WS-ə bildirilib ki, ötən həftə ərzində dünyada blutanq, xırdabuynuzlu heyvanların çiçəyi, iribuynuzlu heyvanların enzootik leykoz xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkarlanıb.

Hazırda 16 xəstəlik üzrə 86 ölkəyə müvəqqəti məhdudiyyət tətbiq olunub. Qurum qeyd edib ki, 4 ölkənin 9 regionuna qoyulan məhdudiyyətlər isə artıq aradan qaldırılıb.

AQTA bildirir ki, bu tədbirlər Azərbaycanın heyvan sağlamlığı və qida təhlükəsizliyinin qorunması məqsədilə həyata keçirilir.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
baku.ws

2Mənbələr