Xalq artisti Aygün Kazımova Azərbaycan estrada musiqisində ilk dəfə olaraq 40 illik yaradıcılığını həmkarlarının ifasında təqdim edib.
Kulis.az xəbər verir ki, layihə çərçivəsində sənətçi 31 tanınmış ifaçını bir yerə yığıb.
Sənətçilər Xalq artistinin repertuarında artıq klassikaya çevrilmiş əsərləri yeni versiyada səsləndiriblər.
Qeyd edək ki, “Best of Aygun – All Stars” adlı albomda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, həmçinin Zamiq Hüseynov, Günay İbrahimli, Aysel Əlizadə, Elnur Məmmədov, Nigar Camal və başqaları var.