AZ

Milyarder İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milyarder və tanınmış iş adamı İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Baza" "Telegram" kanalı yayıb.
Bildirilir ki, biznesmen bir neçə il əvvəl törədilmiş qətldə şübhəli bilinir.
"Yaxın saatlarda Süleymanov barəsində həbs-qətimkan tədbiri seçiləcək. İstintaq onun həbsdə saxlanılmasında israr edəcək", - deyə mənbə bildirib.
Qeyd olunur ki, İbrahim Süleymanov müasir Rusiyanın ən nüfuzlu oliqarxlarından biri hesab edilir. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə məhkum edilsə də, nüfuzunu və hakimiyyətini qorumağa nail olub. Onun "Sirena-Travel" SC aviabilet bronlaşdırma dövlət sistemi üzərində nəzarətə malik olduğu, həmçinin nəqliyyat, aviasiya və informasiya texnologiyaları kimi əsas sahələrdə ciddi təsir gücünə sahib olduğu bildirilir.
Seçilən
83
3
oxu.az

4Mənbələr