AZ

1993-cü il 3 oktyabr seçkiləri milli qurtuluşa aparan yolun başlanğıcıdır - Kamaləddin Qafarov

Bakı. Trend:

“Azərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il seçkilərixüsusi əhəmiyyətə malikdir. Bu gün biz tam əminliklə deyə bilərikki, həmin gün keçirilmiş prezident seçkiləri milli qurtuluşa gedənyolun başlanğıcı oldu. Çünki həmin seçkilərdə xalqın mütləqəksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidentiseçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizi böyük fəlakətlərdən,parçalanma təhlükəsindən xilas etdi.

Milli Məclisin deputatı Kamaləddin Qafarov bu fikri Trend-əaçıqlamasında səsləndirib.

Onun sözlərinə görə, müstəqilliyin ilk illəri Azərbaycan üçünçox ağır və çətin bir dövr idi:

“1991-1993-cü illər hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkaridarəetmə ilə yadda qaldı. O dövrün iqtidarı dövlətin qarşısındadayanan problemləri həll edə bilmirdi. Hadisələri düzgünqiymətləndirmək, çıxış yolları tapmaq əvəzinə, ziddiyyətli qərarlarqəbul olunur, ölkə getdikcə böhrana sürüklənirdi. Xalq artıqanlayırdı ki, yeganə çıxış yolu Heydər Əliyevin ölkə rəhbərliyinəgəlməsidir.”

K.Qafarov qeyd edib ki, əgər xalqın səsinə vaxtında qulaqasılsaydı, Azərbaycanda bir çox böyük faciələr yaşanmazdı:

“Əgər 1990-cı illərin əvvəllərində sağlam düşüncəyə üstünlükverilib Heydər Əliyev hakimiyyətə gətirilsəydi, 20 Yanvar, Xocalıfaciələri baş verməz, Laçın və Şuşa xəyanətin qurbanı olmazdı.Dövlət müstəqilliyimiz bu qədər ağrılı və əzablı yollardankeçməzdi. Təəssüf ki, tarixə qara hərflərlə yazılmış bu hadisələrmilli yaddaşımızda ağır izlər buraxdı. Lakin xalqımızın iradəsinəticəsində nəhayət, 1993-cü ilin iyununda Ümummilli Lider HeydərƏliyev Bakıya dəvət edildi və oktyabrın 3-də keçirilən seçkilərdəmüstəqil Azərbaycanın Prezidenti İlham Əliyev oldu.”

Kamaləddin Qafarov həmçinin xatırladıb ki, o dövrdə ölkəvətəndaş müharibəsi həddinə gəlmişdi:

“Bakıdakı hakimiyyət savaşı nəticəsində dövlət idarəçiliyi iflicvəziyyətə düşmüşdü. Belə bir zamanda həyatını təhlükəyə atan UluÖndər dərhal Gəncəyə getdi, qiyamın qarşısını aldı və vətəndaşqarşıdurmasını önlədi. Bu addım onun xilaskarlıq missiyasınıntəntənəsi idi. Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-daxalqa sədaqət andı içdi və bu andına ömrünün sonuna qədər sadiqqaldı. Ümummilli liderin rəhbərliyi ilə müstəqil Azərbaycanınhüquqi, siyasi və iqtisadi suverenliyi təmin olundu. Dövlətçiliyinəsasları möhkəmləndi, ordu quruculuğuna start verildi, millimaraqların qorunması prioritet elan edildi. Ən əsası, xalq özgələcəyinə inam qazandı. Beləliklə, 3 oktyabr 1993-cü il seçkiləriAzərbaycanın parçalanmaq təhlükəsindən qurtuluşu, müstəqilliyimizinmöhkəmləndirilməsi və gələcək inkişaf yolunun başlanğıcı oldu.Heydər Əliyev əsil Ümumilli Lider kimi öz üzərinə götürdüyüxilaskarlıq missiyasını yüksək səviyyədə yerinə yetirdi. UluÖndərimizin dövlətə sədaqətli xidmət nümunəsi Azərbaycan xalqınınyaddaşında əbədi qalacaqdır”.

Seçilən
22
16
az.trend.az

10Mənbələr