AZ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 12:00-dan...

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin Bulvar küçəsində ortatəzyiqli 108 millimetrlik qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması məqsədilə qaz təchizatında fasilə olacaq.

Məlumata görə, müvafiq işlərin görülməsi ilə əlaqədar bu gün saat 12:00-dan etibarən ərazidəki 550 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Bizim.Media

Seçilən
17
7
bizim.media

10Mənbələr