AZ

Dövlət Xidməti Red Wolf adlı haker aktivist qruplaşması ilə bağlı xəbərdarlıq edib

ain.az, Baku.ws saytına istinadən bildirir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Red Wolf" adlı haker-aktivist qruplaşması ilə bağlı xəbərdarlıq edib.

BAKU.WS-in məlumatına görə, qurum bəyan edib ki, son günlərdə beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlara əsasən "Red Wolf" adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır. Kibertəhlükəsizlik portalı – "TechOwlShield"-in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.

"Red Wolf Cyber Team" – siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır. "TechOwlShield" bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib.

Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:

Azərbaycan

Fransa

İsrail

İordaniya

Portuqaliya

Kamboca

Bolqarıstan

Oman

Hindistan

Yunanıstan

Avropa İttifaqının rəqəmsal sistemləri

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

Qrup əsasən "DDoS" tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir.

Kiberqruplaşmanın 6 avqustda Rusiyanın haktivist qruplaşması olan "NoName057(16") ilə ittifaq elan etdikdən bir neçə saat sonra "Red Wolf" Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başladıb, "Operation Germany" adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş "DDoS" hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən "CheckHost" hesabatını paylaşıb.

Kiberqruplaşma həmçinin Almaniyanın iş dünyasında qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi, qadınların rəhbər mövqelərdə təmsil olunmaları, həmçinin müxtəliflik ("diversity") siyasətinin inkişafı istiqamətində fəaliyyət göstərən "chefinnensache.de" veb saytını da xidmətdən kənar buraxmağa müvəffəq olub. Hər iki hücumda "Red Wolf" tənqidedici heştəqlər və Almaniya, Fransa, İsrail və ABŞ da daxil olmaqla bir neçə ölkəyə qarşı sərt siyasi mesajlar paylaşıb. Qrupun aqressiv ritorikası və təhdidlərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
43
baku.ws

10Mənbələr