AZ

Kreml ABŞ- a xəbərdarlıq etdi

Vətəninfo.az xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-ın Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərini təhvil verməsinə “adekvat” cavab verəcək.

Kreml sözçüsü Rusiyanın reaksiyası ilə bağlı sualı cavablandırarkən, “Uyğun olaraq” dedi.

Bundan əvvəl “The Wall Street Journal” Tramp administrasiyasının Rusiyada enerji obyektlərinə edilən hücumlarla bağlı ilk dəfə olaraq Ukraynaya kəşfiyyat məlumatı verməyə hazır olduğunu yazıb.

Nəşrin mənbələri həmçinin bildiriblər ki, Ukraynanın “Tomaqavk” və “Barakuda” da daxil olmaqla, uzaqmənzilli raketlərlə təchiz edilməsi imkanları müzakirə olunur.

Seçilən
11
veteninfo.az

1Mənbələr