AZ

Elnur Bağırov: Sahibkarlıq subyektlərinin rəqabət mühitinə həssaslığı artıb

2025-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nəzərən bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi, eləcə də iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlər 2 dəfəyədək, qanunsuz reklamların yayımı və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlər isə 20%-dək artıb.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.

O bildirib ki, bu dövrdə 83 təmərküzləşmə əməliyyatı araşdırılıb:

“Bütün bunlar rəqabət mühitində fəallığı və davamlı inkişaf dinamikasını nümayiş etdirir. Əlavə olaraq, bu il ərzində haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və 12 iş qaldırılıb. Əlbəttə ki, görülən tədbirlərin bir məqsədi var: rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabət mədəniyyətinin təşəkkülünə nail olmaq. Məhz bunun nəticəsidir ki, 14 təsərrüfat subyekti aşkar olunmuş pozuntu hallarını könüllü aradan qaldırıb. Sahibkarlıq subyektlərinin bu addımı onların rəqabət mühitinə artan həssaslığının göstəricisidir”.

Seçilən
28
4
apa.az

5Mənbələr