AZ

Nazir: Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması diqqətdədir

Təbii inhisarların tənzimlənməsi iqtisadiyyatın sağlam inkişafı üçün vacibdir.

FED.az xəbər verir ki, bunu Bakıda keçirilənm II Milli Rəqabət Forumumda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, gündəlik həyat və iqtisadi fəaliyyətin düzgün uzlaşdırılması üçün təbii inhisarların rolu və onların tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır:

“Bəzi hallarda təbii inhisar anlayışı ictimai müzakirələrdə və ekspert təhlillərində yanlış qəbul olunur. Təbii inhisar heç də mənfi anlayış deyil. Sadəcə olaraq, bu sahələrin düzgün tənzimlənməsi vacibdir. Azərbaycanda bir sıra strateji əhəmiyyətli sahələrdə fəaliyyət əsasən təbii inhisar subyektləri tərəfindən həyata keçirilir. Ölkə kontekstində bu, adətən dövlət müəssisələrinə aiddir. Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması rəqabət mühitinin qorunması baxımından diqqət mərkəzindədir. Bu sahələrin müəyyən qədər özəl sektor üçün açılması, yeni oyunçuların meydana gəlməsi təbii inhisarların mövqeyi ilə balanslı şəkildə tənzimlənir. Bu proses həm qəbul edilmiş qanunvericilik, həm də aparılan institusional islahatlarla dəstəklənir. Ayrı-ayrı dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsi və dövlət holdinqlərinin yaradılması da məhz bu məqsədə xidmət edir”. (Apa)

Seçilən
20
6
fed.az

7Mənbələr