11:33 03.10.2025
11:33 03.10.2025
Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.