AZ

Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq

Yaxın

Gələn həftə Fransada təxminən 100 min sərnişinin uçuşunda fasilə yarana bilər. Buna səbəb həmkarlar ittifaqının tətili göstərilir.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı “Ryanair” hava yolları şirkətinin baş direktoru Maykl Oliri edib.

Baş direktorun sözlərinə görə, tətil “Ryanair”-ə təxminən 20 milyon funt sterlinqə (təqribən 25,8 milyon ABŞ dolları) başa gələcək. O qeyd edib ki, loukoster öz xərclərini ödəyə bilsə də, son nəticədə tətil minlərlə müştəri üçün problemlər yaradacaq. M. Olirisərnişinlərə şikayət etməyi tövsiyə edib.

Bildirilir ki, SNCTA üzvləri əmək haqqı və iş şəraiti ilə bağlı mübahisə səbəbindən oktyabrın 7-dən oktyabrın 10-u cümə səhərinə qədər tətil edəcəklər. Bu, Fransaya uçuşlara təsir edəcək, eyni zamanda, son təyinat yerinə çatmaq üçün Fransa hava məkanından istifadə edən tranzit uçuşlara da təsir göstərəcək. Buraya bir çox istiqamətlərə, o cümlədən Yunanıstan, İtaliya və digər məntəqələr də daxildir.

Baş direktor hesab edir ki, tətillər səbəbindən uçuşların dayandırılması azad vahid bazardan sui-istifadədir.

Tətilin ilk iki günündə “Ryanair” demək olar, hamısı tranzit uçuşlar olmaqla, təxminən 600 reysi ləğv edə bilər.

“Bu, gələn çərşənbə və cümə axşamı günləri lazımsız yerə uçuşları ləğv ediləcək təxminən 100.000 sərnişindir. Hazırda biz gündəlik təxminən 3500 uçuş həyata keçiririk, onlardan 900-ü Fransa hava məkanından keçir. Bunların təxminən üçdə ikisi və ya təxminən 600 uçuş hər gün ləğv edilir”,- deyə baş direktor əlavə edib.

Qeyd edək ki, “Ryanair” fasilələrlə üzləşə biləcək yeganə aviaşirkət deyil. “EasyJet”, “British Airways”, “Vueling” və “Lufthansa” reysləri də risk altındadır.

V. QULİYEV
Seçilən
34
1
reyting.az

2Mənbələr