AZ

Merkel Almaniyanın birləşməsinin 35-ci ildönümü ilə bağlı qeyd etmələri tənqid edib

Almaniyanın yenidən birləşməsinin 35-ci ildönümü ilə bağlı keçirilən şənliklərdə Almaniyanın şərq hissəsindən çıxış edənlər yoxdur..

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel ZDF-yə müsahibəsində bildirib.

"Alman birliyinin 35 illiyini qeyd etmək üçün Şərqi Avropadan və ya Şərqi Almaniyadan kimisə qonaq məruzəçi kimi seçə bilərdik", o, deyib.

3 oktyabr 1990-cı ildə Almaniya Demokratik Respublikası (ADR) II Dünya Müharibəsindən sonra dövlətin bölünməsini başa çatdıraraq Almaniya Federativ Respublikasının (AFR) tərkibinə daxil oldu.

Almaniyanın yenidən birləşməsinin 35-ci ildönümünü şərh edən Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer bəyan edib ki, bu, Almaniyanın ABŞ-dan asılılığı, eləcə də NATO-nun daha da şərqə doğru genişlənməsi üçün ilkin şərtlər yaradıb.

Poliqon.info
 
 

Seçilən
15
poliqon.info

1Mənbələr