AZ

Milyarder İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb - FOTO

Milyarder və tanınmış iş adamı İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb.
 
Bu barədə məlumatı "Baza" "Telegram" kanalı yayıb.
 
Bildirilir ki, biznesmen bir neçə il əvvəl törədilmiş qətldə şübhəli bilinir.
 
"Yaxın saatlarda Süleymanov barəsində həbs-qətimkan tədbiri seçiləcək. İstintaq onun həbsdə saxlanılmasında israr edəcək", - deyə mənbə bildirib.
 
Qeyd olunur ki, İbrahim Süleymanov müasir Rusiyanın ən nüfuzlu oliqarxlarından biri hesab edilir. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə məhkum edilsə də, nüfuzunu və hakimiyyətini qorumağa nail olub. Onun "Sirena-Travel" SC aviabilet bronlaşdırma dövlət sistemi üzərində nəzarətə malik olduğu, həmçinin nəqliyyat, aviasiya və informasiya texnologiyaları kimi əsas sahələrdə ciddi təsir gücünə sahib olduğu bildirilir. /Oxu.az/
Seçilən
69
3
moderator.az

4Mənbələr