AZ

Şənbə günü hava yağmursuz olacaq

Azərbaycanda oktyabrın 4-də havanın yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Missiya.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Seçilən
12
49
missiya.az

10Mənbələr