AZ

Qazaxıstan Prezidenti OPEK baş katibi ilə görüşdü

BAKI, 3 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə səfərdə olan OPEK baş katibi Heysəm əl-Qaislə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə dünya neft bazarındakı mövcud vəziyyət və əməkdaşlığın aktual məsələləri müzakirə olunub.

Dövlət başçısı OPEK-in qlobal neft bazarının sabitliyinin təmin edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib.

Prezidentin sözlərinə görə, Qazaxıstan milli maraqların qorunmasına üstünlük verərək, OPEK+-ın neft hasilatını tədricən artırmaq barədə qərarını dəstəkləyir. Söhbət zamanı regionda enerji sisteminin dayanıqlığının gücləndirilməsi istiqamətində birgə tədbirlər müzakirə edilib. Neft hasil edən ölkələrlə karbohidrogen idxal edən dövlətlər arasında maraqlar balansının qorunmasının vacibliyi də vurğulanıb.

Seçilən
65
teleqraf.com

1Mənbələr