Azərbaycan basketbol yığmasının üzvü Ulaş Can Turğutun yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı basketbolçu "Gəncə" klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti yayıb.
O, mövsümün sonunadək bölgə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ulaş Can Turğut son olaraq "Sərhədçi"də çıxış edib.