AZ

“Qarabağ”ın kapitanı indi dünyanın ən məşhur oyunçuları ilə bir sırada!

Çempionlar Liqasının əsas mərhələsinin II turunun "Kopenhagen"lə oyununda qol vuran "Qarabağ"ın kapitanı Abdullah Zubir avrokuboklarda unikal göstəriciyə imza atıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı vinger ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində fərqlənən 6 oyunçudan biri olub.

Digər futbolçular Kilian Mbappe ("Real", İspaniya), Harri Keyn ("Bayern", Almaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Lautaro Martines ("İnter", İtaliya) və Antuan Qrizmanndır ("Atletiko", İspaniya).

Zubir Ağdam klubunda 2018-ci ildən forma geyinir.

Seçilən
29
49
sportinfo.az

10Mənbələr