AZ

Şərurlu İsfəndiyarın cinayət işi üzrə ekspertiza rəyi açıqlanıb

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzPost APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyi elan edilib. Ekspertiza rəyinə görə, İsfəndiyar Axundov müsahibələrində Emil Səməndərovun ünvanına şərəf və layəqəti alçaldan təhqir formalı sözlərdən istifadə edib. Lakin nalayiq ifadələrə rast gəlinmir.

 

İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli və Şahbaz Kərimli ekspertizanın rəyi ilə razılaşmayıb və Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin verdiyi rəyin ziddiyyətli olduğunu bildirib. Həmçinin eksperti “maraqlı şəxs” adlandırıblar. Bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutunun linqvistik ekspertizasına müraciət olunması barədə vəsatət verilib.
Seçilən
18
14
azpost.info

9Mənbələr