AZ

Bu giləmeyvə damar sağlamlığını qoruyur

Polşanın Lodz Universitetinin alimləri müəyyən ediblər ki, çaytikanı toxumlarının ekstraktı qanın laxtalanmasında iştirak edən hüceyrələrin aktivliyini azalda bilər. Araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.

E-saglam.az xəbər verir ki, 

Laboratoriya təcrübələri göstərib ki, xüsusilə qızardılmış çaytikanı toxumlarının ekstraktı trombositlərin kollagen və fibrinogen adlı zülallara yapışmasının qarşısını daha təsirli şəkildə alır. Bu zülallar laxtalanma prosesində – yəni qanın laxta əmələ gətirməsində əsas rol oynayır.

Alimlərin sözlərinə görə, laxtalanma orqanizmin təbii qoruyucu mexanizmidir: o, zədələnmə zamanı qanaxmanı dayandırmağa kömək edir. Lakin həddindən artıq tromb yaranması təhlükəlidir – belə laxtalar damarları tıxaya bilər və bu da insult və infarkt riskini artırır.

Tədqiqatda əsas aktiv maddə kimi izoramnetin adlı flavonoid önə çıxıb. Bu birləşmə yalnız trombositlərin aktivləşmə markerlərini azaltmaqla kifayətlənməyib, həm də trombun yaranma müddətini uzadıb. Alimlər bunu patoloji laxtalanmanın qarşısını alma potensialı kimi qiymətləndirirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr